Koper” klubunun baş məşqçisi Rodolfo Vanoli Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə cavab matçından (0:2) sonra yerli mətbuata açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, italiyalı mütəxəssis “Neftçi”yə uduzaraq mübarizəni dayandırmalarını komandasının təcrübəsiziliyi ilə əlaqələndirib:
“Sona qədər mübarizə apardıqları üçün futbolçularıma təşəkkür edirəm. Hiss olundu ki, hazırkı heyətimizin Avroliqa təcrübəsi yoxdur. Buna görə də hesabı qoruya bilmədik.
“Neftçi”nin oyun sistemi ilk görüşdə olduğundan fərqli idi. Ona görə də bizə bir qədər çətin oldu. Ümumiyyətlə, rəqibimiz Bakıdakı oyunla müqayisədə bu gün daha yaxşı təsir bağışladı. Təbii ki, azlıqda qalmağımız oyunumuza təsir etdi. On nəfərlə mübarizə aparmaq, oyunun tempini saxlamaq çətindir. Düşünürəm ki, futbolçularımı tənqid etməyə ehtiyac yoxdur. Açıq-aşkar hiss olunur ki, onlara təcrübə toplamaq lazımdır”.