06 Oktyabr 2024
Kateqoriyasız

“Sumqayıt” Türkmənistan klubu ilə bərabərə qaldı

Yeni mövsüm üçün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Türkmənistan təmsilçisi “Altın Asır”la üz-üzə gəlib.  Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. “Sumqayıt”ın qollarının ikisini Məhəmməd Qurbanov, birini isə Tərzin Cahangirov vurub.

Xatırladaq ki, “Sumqayıt” bundan əvvəlki yoxlama matçlarında  “Perspolis”ə  məğlub (2:3) olub ,Özbəkistanın “Bunyodkor”una qalib (1:0)  gəlib, Batumi “Dinamo”su ilə bərabərə (2:2) qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43