Türkiyədə təlim-məşq toplanışında olan “təyyarəçilər” son yoxlama oyunlarına çıxıblar.
İdmanxeber.com-un məlumatına görə, daha öncəki oyunlarda İranın U-21 yığması ilə heç-heçə (2:2) edən Türkiyənin “Mersin İdmanyurdu” və “Antalyaspor” klublarına 2:1 hesabı ilə qalib gəlib, “Balıkəsirspor”a məğlub olan(1:2) AZAL klubu bu dəfə Gürcüstanın “Kolxeti 1913” klubu ilə qolsuz bərabərliyə razılaşıb(0:0).
Qeyd edək ki, bu təmsilçimizin Türkiyədəki son yoxlama oyunu olub, komandamız hazırlıqlarını başa vuraraq axşam saatlarında vətənə qayıdacaq.