“Qəbələ”nin Hollandiya toplanışında zədələnərək sıradan çıxan Kamran Ağayevin durumuna bugün aydınlıq gələcək.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, ölkənin bir nömrəli qapıçısının diz bağlarında problem var.
Bu gün tibbi müayinədən keçəcək Ağayevin son durumuna aydınlıq gələcək.
Əldə etdiyimiz məlumata görə, ayağındakı ağrıları kəskinləşən Ağayevin azı ay yarım yaşıl meydanlardna kənar qalması gözlənilir.
Lakin dəqiq cavab bugünkü müayinədən sonra açıqlanacaq.