Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda "Zalsburq"u qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, Qurbanov ilk öncə rəqibin Avropa təcrübəsindən danışıb, daha sonra isə təcrübəli mütəxəssis sözlərinə belə eləvə edib:
– Ciddi rəqibə qarşı oynayırıq. Hamımız üçün maraqlı oyun olacaq. Çalışacağıq ki, sürətli, mübariz bir futbol göstərək. Rəqibin Avropa təcrübəsi çoxdur. Ancaq biz də yaxşı hazırlaşmışıq. Sabah bunun şahidi olacaqsınız.
– Bu gün “Qarabağ”ın məşq etməməsinin səbəbi nədir?
– Qərara gəldik ki, bu gün komandaya itsirahət verək. Sabah yüngül məşq edəcəyik.
– Rəqib komanda iki oyuna 11 qol vurub. Bu onu göstərir ki, “Zalsburq” çox güclüdür. Bu komandaya qarşı alternativləriniz var?
– Demək olar ki, bir həftədir rəqibi analiz edirik. Düşünürəm ki, səhv etməmişik. Həqiqətən çox sürətli bir komandaya qarşı oynayacağıq. Rəqib tez bir zamanda rəqibin cərimə meydançasına daxil olmaq istəyir və bunu bacarır. Ancaq bizim də hücumumuz və sürətimiz də onlardan az olmayacaq. Çalışacağıq ki, rəqibin güclü tərəflərini bağlayaq və zəif cəhətlərindən istifadə edək.
– Maksim Medvedyev, Reynaldo Silva və Rəşad Sadıqovun durumu necədir?
– Hər biz futbolçumuz komanda ilə məşq edir. Hər biri optimal formasını yığmağa başlayıb.
– Siz həmişə rəqibi ətraflı analiz edirsiniz. Bu dəfə necə, “Zalsburq”u tam öyrənə bilmisiniz?
– İstədiyimiz qədər vaxtımız olmadı. Yeni baş məşqçi gəldikdən sonra “Zalsburq” daha aqressiv oynayır. Eçin Rəhmanov da bizə müəyyən məlumatlar verdi.
– Hazırki “Qarabağ“ “Borussiya” ilə oynayan “Qarabağ”la necə müqayisə edərdiniz?
– Bu gün oyunçularımızın ustalıq səviyyəsi daha yaxşıdır. Futbolçularımız daha təcrübəldiir. Rəqibimiz də daima güclü rəqiblərə qarşı oynayıb. Düşünürəm ki, “Zalsburq”un bir neçə futbolçusu yaxın illərdə Avropanın ən güclü klublarında çıxış edəcək. “Zalsburq” bizə “Borussiya”nə xatırladır. Düşünürəm ki, futbolçularımızn rəqibin qarşısını almağı bacaracaq.