Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Slovakiyada yerli “Slovan” Moldova “Şerifi”nin müqavimətini son dəqiqələrdə qırıb.
Çexiyanın “Sparta” klubu iki dəfə geriyə düşdüyü İsveç “Malmö”sünü sonda məğlub etməyi bacarıb. Macarıstan “Debretsen”i isə Belarus BATE-sini tək qolla yenib.
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin qalan ilk oyunları bu axşam keçiriləcək. Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Avstriyanın “Zalsburq” klubunu qəbul edəcək.
29 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları
22:30. “Sparta” (Çexiya) – “Malmö” (İsveç) – 4:2
Qollar: Forsberq, 17, Lafata, 22, 51, 70, Zelin, 27, Kovaç, 52
23:15. “Slovan” (Slovakiya) – “Şerif” (Moldova) – 2:1
Qol: Zofcak, 42, Rikardinyo, 74, Mezsaros, 85
23:30. “Debretsen” (Macarıstan) – BATE (Belarus) – 1:0
Qol: Sedibe, 56