UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində "Qarabağ" bu gün Avstriya "Zalsburq"unu qonaq edib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində tarix yazmaq fikrindədi.
Malta "Valetta"sını hər iki görüşdə yenərək, "Zalsburq"a rəqib olan Qurban Qurbanovun yetirmələri güclü rəqibi qarşısında möhtəşəm oyun göstərərək qələbə qazanır.
30 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları
20:30. “Qarabağ” (Azərbaycan) – “Zalsburq” (Avstriya) – 2:1
Qol: Danilo Dias, 2 (1:0);Conatan Soriano, 78 (1:1);Reynaldo, 86 (2:1)
Qırmızı vərəqələr: Kristian Şveqler, 34 (birbaşa qırmızı vərəqə, "Zalsburq"), Admir Teli, 42 (ikinci sarı, ardından qırmızı vərəqə "Qarabağ"),Reynaldo, 88 (birbaşa qırmızı vərəqə, "Qarabağ")
Baş hakim: Sergey Boyko (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 11. Danilo Dias, 20. Riçard Almeyda, 41. Leroy Corc, 70. Çumbinyo
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 14. Rəşad Sadıqov, 10. Muarem Muarem, 7. Namiq Yusifov, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 17. Vüqar Nadirov
"Zalsburq": 31. Peter Qulaçsi, 6. Kristian Şveqler, 17. Andreas Ulmer, 36. Martin Hintereqqer, 5. Andre Ramalho, 8. Nabi Keyta, 10. Sadio Mane, 24. Kristof Leitqeb, 44. Kevin Kembl, 7. Marsel Sabitzer, 26. Conatan Soriano (k)
Ehtiyat oyunçular: 33. Aleksandr Valke, 4. Peter Ankersen, 15. Franz Şiemer, 29. Rodney, 37. Valentino Lazaro, 77. Massimo Bruno, 42. Nils Quaşner