“Gördüyünüz kimi, oyunumuz alınmadı. Başqa nə deyim? Cütün taleyini Gürcüstanda həll edəcəyik. Hələ qarşıda cavab oyunumuz var. Bu rəqibi də yüz faiz keçəcəyik. “Koper”lə ilk matçdan sonra da hamı deyirdi ki, qurtardı. Amma mərhələ keçdik”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin prezidenti Sadıq Sadıqov jurnalistlərə açıqlamasında deyib.
Paytaxt klubunun başqanı mərəhləni keçəcəklərini deyib:
“Koper”lə oyun ərəfəsində yuxu görmüşdüm ki, “Koper”i keçəcəyik. Elə də oldu. Gürcüstanda da qələbə qazanacağıq. Minimum 2:1 hesabıyla qalib gəlməliyik. Təkrar edirəm ki, “Çixura” komanda deyil”.