İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.
Şəhid olan əsgərlərimiz:
1992-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu.
Oğuz rayonundan hərbi xidmətə çağırılan Vüqar Poladov.
1996-cı il təvəllüdlü Xaçmaz rayonu Yeni Həyat kənd sakini Coşqunov Mustafa Əhmədcan oğlu. Şəhid Mustafa Coşqunov bu il yanvar ayında hərbi xidmətə yollanıb.
Quba rayonunun Vladimirovka kəndində 1995-ci ildə doğulan İbrahimov Elnur Mühəddin oğlu. Şəhid Elnur İbrahimov bu ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb.
Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğlu.
1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsə Ziyad oğlu.
Sumqayıtdan hərbi xidmətə çağırılmış Abdinov Hüseyn Etibar oğlu.
(Hələki, adları dəqiqləşən şəhidlər)
ALLAH RƏHMƏT ETSİN!
VƏTƏN SAĞ OLSUN!