19 Yanvar 2025
Kateqoriyasız

Lionel Messiyə 6 il həbs şoku

Barselona şəhər məhkəməsi Lionel Messi haqqında çıxardığı qərarın ləğv edilməsindən imtina edib.

İdmanxeber.com dailysport-a istinadən xəbər verir ki, məhkəmədə dövlət ittihamçısı 4 milyon avro dəyərində vergi ödənişindən boyun qaçırmaqda təqsirli bilinən Messi haqqında qərarın ləğv olunmasını tələb edib.

Hakim Messinin vergidən yayınması ilə bağlı kifayət qədər dəlillərin olduğunu əsas gətirərək dövlət ittihamçısının tələbini qəbul etməyib.

İspaniya qanunvericiliyinə əsasən vergi ödənişlərindən yayınan şəxsləri 6 il həbs gözləyir. Məhkəmə Messinin həbsi ilə bağlı qərar çıxararsa, futbolçu və onun atası 6 il azadlıqdan məhrum ediləcək. Bundan başqa, Messinin ailəsi 32 milyon avro dəyərində cərimələnəcək.

Messi qərardan sonra “Instagram” hesabında bu sözləri yazıb: “Şir qoyunların fikri ilə maraqlanmır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43