Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində oynanılan "Hayduk" "Şaxtyor" matçını azərbaycanlı hakim Əliyar Ağayev idarə edib.
İdmanxeber.com-un məlumatına görə, Qazaxıstanın "Şaxtyor" klubunun baş məşqçisi Viktor Kumıkov oyundan sonra Ağayevin idarə etdiyi oyunu belə qiymətləndirib:
"Biz yaxşı komandaya qarşı oynadıq. Fikrimcə, oyunun ən ədalətli nəticəsi 4:1 idi. Amma təəssüf ki, azərbaycanlı hakimin olmayan penaltini təyin etməklə hesabın 4:2 olmasına şərait yaratdı. Bu da bizim cavab oyununa daha rahat yollanmağımıza imkan vermir. Fərdi səhvləri nəzərə almasaq, hər şeyi istənilən səviyyədə etdik. Amma mən bütün ömrüm boyu belə iyrənc hakimlik görməmişdim. Qoy bunu Azərbaycanda da bilsinlər".
Qeyd edək ki, oyun "Şaxtyor"un 4:2 hesablı qələbəsi ilə başa çatıb.