19 Yanvar 2025
Kateqoriyasız

Adi Hütter: ” Artıq məqsədimiz bəllidir”

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a rəqib olan “Zalsburq”un baş məşqçisi ilk oyundan sonrakı məğlubiyyətləri haqqında Bundesliqanın III turu çərçivəsində səfərdə qarşılaşacaqları “Rid”lə oyunöncəsi mətbuat konfransında danışıb.

İdmanxeber.com-un məlumatına görə, Adi Hütter oyun haqda bu sözləri deyib:

“Qarabağ”a məğlubiyyəti rüsvayçılıq kimi dəyərləndirməzdim. Çünki rəqib yaxşı komandadır. Düşünürəm ki, “Qarabağ” Avstriya Bundesliqasında oynasa, top-komandalardan olar.“Bakıdakı oyunun nəticəsi qənaətbəxş olmadı. 90 dəqiqə ərzində biz daha yaxşı oynadıq. İlk oyunda cütün taleyini həll etmək istəyirdik, lakin alınmadı.   Artıq məqsədimiz bəllidir. Mərhələ keçmək üçün doğma meydanda qələbə qazanmalıyıq”.

Qeyd edək ki, “Qarabağ”la “Zalsburq” arasındakı ilk görüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43