29 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ”ın 49 yaşlı köhnə-təzə tanışı – FOTO

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Hollandiyanın “Tvente” klubu ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu Enshede şəhərinin təmsilçisi ilə 2009-cu ildə qarşılaşıb. Həmin vaxtı da pley-offda üz-üzə gələn komandaların duelində son gülən tərəf hollandlar olub. Hollandiyadakı matçda 1:3 hesabı ilə uduzan “Qarabağ” casvab matçında qolsuz heç-heçəyə razı olmuşdu – 0:0.

“Tvente”ni yaxından tanıyaq…

“Tvente”nin əsası 1 iyul 1965-ci ildə qoyulub. Məhz həmin gündə iki komanda – “SK Enshede” və “Ensedes Boys”un birləşməsindən sonra “Tvente” klubu fəaliyyət göstərməyə başlayıb. 49 yaşlı klub qırmızı və göy rəngli formalardan istifadə edir. 

“Tvente” ev oyunlarını 30 min tamaşaçı tutumuna malik “Qrols Veste” stadionunda keçirir. Klubun prezidenti Cop Munsterman, baş məşqçisi isə Alfred Şreuderdi.




 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43