29 Sentyabr 2024
Kateqoriyasız

“Simurq” heyətini “Şerif”in futbolçusu ilə gücləndirdi

Mövsümə iddialı hazırlaşan “Simurq” heyətinə yeni futbolçu qatıb. 

İdmanxeber.com xəbər verir ki, Zaqatala klubu bu gün serbiyalı yarımmüdafiəçi Marko Stanoyeviçlə rəsmi müqavilə bağlayıb.

Moldaviyanın “Şerif” klubundan icarə əsasında transfer edilən 26 yaşlı Marko komandanın Avstriya hazırlığında da iştirak edib. Məşqçilər korpusunun rəğbətini qazanan serbiyalı mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq.

O, “Simurq”un heyətində 88 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, Zaqatala təmsilçisi transfer çalışmalarını davam etdirir. Yaxın günlərdə daha bir neçə futbolçu ilə rəsmi müqavilələr imzalanacaq. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43