Avroliqanın play-off mərhələsinin püşkü bu gün atılıb. Bu mərhələdə mübarizə aparan klublarımızdan “Qarabağ” “Tvente”, “Neftçi” isə “Partizan”a rəqib olub.
İdmanxeber.com-un məlumatına görə, UEFA-nın qərarına əsasən hər iki komandamız ilk oyununu evdə keçirəcək. Amma nəzərə alsaq ki, klublarımız ikisidə eyni şəhərdə görüşlərini keçirəcəklər bu səbəbdən UEFA proqramda dəyişiklik edə bilər.
Qeyd edək ki, ilk oyunlar avqust ayının 21-nə təsadüf edəcək.