AZAL növbəti transferini reallaşdırıb. Tərlan Əhmədov 21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Tural Abbaszadəni sərəncamına daxil edib. Artıq tərəflər arasında bütün məsələlər razılaşdırıb. “Xəzər Lənkəran”la oyundan sonra qapıçı ilə 2 illik sözləşmə imzalanacaq. Bunu əməkdaşımızla söhbətində gənc qapıçının özü də təsdiqləyib.
Qeyd edək ki, Tural son olaraq, “Rəvan”da məşq etsə də, son anda müqavilə imzalamaqdan imtina edib.