30 Sentyabr 2024
Kateqoriyasız

Qurban Qurbanov: “Güclərinə şübhə etmək olmaz”

“Qarabağ” Avropa Liqasının play-off mərhələsində “Tvente” klubuyla qarşılaşacaq. 

İdmanxeber.com-un məlumatına görə, Hollandiya təmsilçisi təmsilçimiz üçün yad sima deyil. 

5 il öncə tərəflər eyni yarışın eyni mərhələsində üz-üzə gəlmişdilər. İlk oyunda Ensxede təmsilçisi 3:1 hesabıyla qalib gəlmiş, Bakıdakı cavab oyununda isə hesab açılmamışdı.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında püşkün nəticəsini dəyərləndirib:

“Tvente” bizə tanış komandadı. Zənnimcə, qarşılaşa biləcəyimiz komandalar sırasında ən güclü rəqiblərdəndi. Hazırda çempionat oyunlarını fikirləşirik.

“Tvente” ilə oyuna qədər ölkə çempionatında maçlarımız var. Problemlərimiz olsa da, “Tvente”yə qarşı hazırlaşacağıq. Hələlik, rəqib komanda haqda məlumat toplayacağıq.

Ötən mövsüm çempionatda 3-cü yeri tutublar. Güclərinə şübhə etmək olmaz. Təbii ki, “Tvente” ilə qarşılaşmalarda da ən yaxşı şəkildə çıxış etməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43