Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan “Sumqayıt” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Sumqayıt” Azərbaycan əsilli futbolçu, son olaraq “Berliner Ak” klubunda çıxış etmiş Kiyan Sultanpuru heyətinə cəlb edib. 25 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Karyerasına “Union Berlin” klubunun A2 (91 oyun, 54 qol) komandasında başlayan Sultanpur 2011-2013-cü illər ərzində Dortmund “Borussiya”sının A2 komandasında iştirak edib. O, çıxdığı 22 görüşdə 3 qol vurub. 2013-cü ildə “Saarbrücken”-dən “Berliner Ak”a transfer olunan Sultanpur son mövsümdə 27 qarşılaşmada 11 qola imza atıb.