Son günlər transfer xəbərləri ilə gündəmə gələn Sami Xedira haqqında baş məşqçi Ancelotti son sözünü deyib.
İdmanxeber.com-un məlumatına görə, “Arsenal”, “Çelsi”, “Mançester Siti” kimi klubların transfer siyahısında olan Xedira haqqında Ancelotti bu sözləri deyib:
“Xedira, klubdan getmir. Klubla 2015-ci ilin 30 iyununa qədər müqaviləsi var və bu müddətə qədər də “Real”ın oyunçusudur . Artıq nəsə danışmağa ehtiyac yoxdur”.