31 Yanvar 2025
Kateqoriyasız

“Bavariya” superkubokun şokundan altı ay ayılmayacaq

Almaniya superkubokunda “Borussiya” ilə qarşılaşan “Bavariya”  futbolçusu Xavi Martinezin zədəssi ciddidir.

İdmanxeber.com-un məlumatına görə, “Borussiya”nın 2:0 hesablı qələbəsi ilə başa çatan matçın 31-ci dəqiqəsində rəqibin futbolçusu Marsel Şmelçerlə toqquşma nəticəsində Martinez meydanı xərəktə tərk etməli olub. Bu gün tibbi müayinədən keçən ispaniyalı futbolçunun ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43