17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyanın paytaxtı Tallinndə təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində son oyununu keçirib.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Estoniya yığması ilə qarşılaşan komandamız 3:1 hesabı ilə qalib gəlib.
Merve Özdemirin dubl etdiyi oyunda bir dəfə Zehra İnceoğlu fərqlənib.