“İnanırıq ki, bu sınaqlardan üzüağ çıxacağıq”.
İdmanxeber.com-un məlumatına görə, avroliqanın pley-off mərhələsində “Qarabağ”a rəqib olan “Tvente” klubunun baş məşqçisi Alfred Şroyder Hollandiya çempionatında “Ado Den Haaq”la keçiriləcək oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Təceübəli mütəxəsiss sözlərinə belə əlavə edib:
“Ado Den Haaq”la oyuna qələbə qazanmaq üçün çıxacağıq. Amma nəzərə alın ki, bizim Avroliqa matçımız da var. İlk oyunumuz da səfərdə olacaq. Burdakı rəqibimiz “Qarabağ” olacaq. Orada bizi çox çətin qarşılaşma gözləyir. Heyətimiz istədiyim kimi deyil, zədəli futbolçularımız da var. Onları da oyunlara kimi hazırlamalıyıq”.