Bu gün Premyer Liqanın II turu çərçivəsində Lənkəranda keçiriləcək “Xəzər Lənkəran” – “Sumqayıt” matçına maraq olduqca böyükdü.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, güclənən və iddiasını bu heyəti ilə sübut etməyə çalışacaq Cənub klubunun “gənclik şəhəri”nin təsmilçisi ilə matçına maraq gözləniləndən də artıqdı.
Saat 20:00-da başlayacaq qarşılaşmanı azı 10 min tamaşaçının izləməsi gözlənilir. Bu rəqəm çox da ola bilər.