“Xəzər Lənkəran”da futbolçuların maaşı verilməsində problem yaranması ilə bağlı gəzən söz-söhbətə klubdan rəsmi mövqe gəlib.
Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında bu xəbərləri yalanlayıb.
O, bildirib ki, komandanın futbolçulara hər hansı bir borcu yoxdu:
“AZAL-la oyundan öncə futbolçulara maaş ödənilib. Başa düşmürəm necə dəfə maaş verməliyik ki? Sadəcə avqust ayının pulunu futbolçular almayıb ki, hələ ay da başa çatmayıb”.