Çempionlar Liqasının pley-off mərhələsində “Arsenal”la sülh bağlayan(0:0) “Beşiktaş” klubunun futbolçusu Oğuzhan Özyakup oyundan sonra mətbuata açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, “Arsenal”ın yetirməsi olan Oğuzhan oyun haqqında bunları deyib:
“Oyuna yaxşı başladıq. Üstün olan tərəf biz idik. Bu cür oyuna qələbə yaraşardı. Komanda yoldaşlarım yaxşı oyun göstərdi, onları təbrik edirəm. Lakin qol epizodlarından istifadə edə bilsəydik, İngiltərəyə üstün yollanardıq”.