Azərbaycan Topaz premyer-liqasının 3-cü turu çərçivəsində evdə “Qəbələ” ilə qarşılaşacaq “Bakı” klubu oyunöncəsi məşqə çıxıb.
İdmaxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, dünən saat 18:00-da hazırlığa yüngül qaçışla start verilib. Ardından futbolçular isinmə hərəkətlərini icra edib. Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi İbrahim Uzunca oyunçularına əsasən topla oynamaq tapşırığı da verib.
Qeyd edək ki, “Bakı” – “Qəbələ” matçı bu gün saat 18:00-da başlayacaq.