İngiltərə Premyer Liqasının II turu çərçivəsində "Leyçester Siti" ilə qarşılaşan "Çelsi" rəqibini 2:0 hesabı ilə məğlub edərək növbəti qələbəsini qazanıb. Görüşdən sonra Britaniya mətbuatının suallarını cavablandıran Mourinyo Torres haqqında danışıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli çalışdırıcı Dieqo Kostanın transferindən sonra "Çelsi"nin əsas heyətindən kənarda qalan Torres barədə bu fikirləti səsləndirib:
"Torresin getməsinə icazə verməyəcəm. Üç hücumçuya ehtiyacım var. Mövsümü ancaq belə tamamlaya bilərəm"