UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, siyahıda ölkəmizi 7 klub təmsil edir. 454 klub yer aldığı siyahıda Azərbaycan klubları arasında ən yaxşı göstərici “Neftçi”yə məxsusdu. Paytaxt klubu 191-ci yerdə qərarlaşıb.
İkinci ən yaxşı göstəriciyə malik klub isə “Qarabağ”dı. Qurban Qurbanovun yetirmələri 220-ci pilləni tutur.
Ölkələr üzrə reytinqdə isə Azərbaycan əvvəlkitək 30-cu pillədədir.
Komandalarımızın son UEFA reytinqində mövqeyi isə aşağıdakı kimidir:
191. “Neftçi” (-1)
220. “Qarabağ” (mövqeyində dəyişiklik olmayıb)
266. “İnter” (mövqeyində dəyişiklik olmayıb)
300. “Xəzər Lənkəran” (+1)
345. “Bakı” (mövqeyində dəyişiklik olmayıb)
373. “Qəbələ” (-3)
374. AZAL (-1)
Ümumilikdə isə siyahıya “Real” başçılıq edir. “Bavariya” isə ikincidi.