UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində təmsilçimiz “Neftçi”nin “Partizan”la keçirəcəyi oyuna təyinatları açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, təmsilçimizin oyununu avstriyalı hakimlər briqadası idarə edəcək:
“Neftçi” – “Parizan” (Serbiya)
28 avqust. Saat 21:00. Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: Robert Schörgenhofer, Matthias Winsauer, Roland Brandner, Dominik Ouschan
(Hakimlər briqadası Avstriyadandır)
UEFA nümayəndəsi: Kris Bellon (Belçika)
Hakim-inspektor: Michel Vautrot (Fransa)