11 Yanvar 2025
Kateqoriyasız

“Partizan”ın baş məşqçisi: “Bakı kifayət qədər modern şəhərdir”

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Neftçi” ilə keçiriləcək cavab matçı öncəsi təşkil olunmuş mətbuat konfransında “Partizan” klubunun baş məşqçisi Marko Nikoliç  jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, Nikoliç bu fikirləri səsləndirib:

“Hər iki komanda qrup mərhələsinə düşmək istəyir. İstər-istəməz Azərbaycandakı isti hava şəraiti bizim oyunçulara təsir edir. Həm “Neftçi”, həm də “Partizan” bir-birni yaxşı tanıyır. Azarkeşlərimizin az olması oyunumuza təsir ediə bilər. Bakı kifayət qədər modern şəhərdir. Hələ ki, stadionun durumu ilə tanış deyilik.

Oyunçularımın hər birinə güvənirəm. İnanıram ki, yaxşı mübarizə aparacağıq. Hava şəraitinə uyğunlaşmaq üçün əlavə bir günümüz var. Məşqçi heyətimiz əlindən gələni edəcək ki, futbolçuları oyuna hazırlasınlar. Konsentraiya çox vacibdir. Çalışacağıq ki, ilk oyundakı səhvləri etməyək. Kifayət qədər şanslarımız olacaq ki, biz də hücumlar edək.

Düşünürəm ki, “Neftçi” çox güclü futbolçulardan ibarət komandadır. Vobay və Flavinyoni qeyd edə bilərəm. Bizə çox da asan olmayacaq. Ancaq Sebiyada qalib gəlmişik, burada da qələbə qazanmqa istəyirik. Bu mövsüm hələ ki, Avroliqada uduzmamışıq. Komandama inanıram Biz Belqraddakı oyunda məğlub duruma düşəndə də futbolçularıma və qələbəyə inanırdım.

Bizdə maliyyə problemi olmayıb. Klubda hər şey qaydasındadır. Heç bir sıxıntımız yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43