Avroliqanın pley-off mərhələsi çərçivəsində bu gün "Neftçi" ilə qarşılaşacaq "Partizan" oyun öncəsi son məşqinə çıxıb.
İdmanxeber.com-un məlumatına görə, Serbiya klubu məşqə çıxar-çıxmaz sürprizlə qarşılaşıb. Belə ki, paytaxt klubunun 150-ə yaxın fanatı Belqrad təmsilçisini öncə fitə basılb, daha sonra butulkaya "qonaq" edib. Azarkeşlər "Partizan" əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Məşqi izləyən UEFA nümayəndəsi isə baş verən olayları telefonunun yaddaşına həkk edib. Bundan əlavə "Partizan" klubunun mətbuat xidmətinin rəhbəri də UEFA nümayəndəsinə, eləcə də paytaxt klubunun rəsmilərinə etirazını bildirib.
Baş verən məlum hadisələrə görə, "Neftçi"ni böyük ehtimalla pul cəzası gözləyir.