10 Yanvar 2025
Kateqoriyasız

AZAL-da klubdaxili iclas keçirildi: Baş məşqçi futbolçulardan nə istədi?

Şənbə günü – avqustun 30-da “Qəbələ” ilə qarşılaşacaq AZAL-da klubdaxili iclas keçirilib. 

İdmanxeber.com-un məlumatına görə,  klub rəhbərliyi komandanın məşqçi, futbolçu və texniki heyəti ilə görüşüb.

Klubun vitse-prezidenti Fikrət Hüseynov matç ərəfəsində futbolçuların hazırlığı ilə maraqlanıb. Hüseynov ilk 2 turda qeydə alınan uğursuz nəticələrə baxmayaraq futbolçulara inandığını bildirib: “Futbolçuların potensialının olduğunu bilirik. Onu da anlayırıq ki, komandanın heyəti yenidən qurulub. Ancaq artıq toparlanmaq vaxtıdı. İlk 2 oyundakı nəticələri unudub bu matçdan qələbənin təməlini qoymaq vacibdi. Rəhbərlik olaraq bütün futbolçulara güvənir və sizin komandanı layiq olduğu yerlərə çıxaracağınıza inanırıq”.

Ardınca baş məşqçi Tərlan Əhmədov söz alıb. Gənc mütəxəssis rəhbərliyin göstərdiyi etimadı doğrultmağa borclu olduqlarını bildiriərək ən yaxın zamanda vəziyyətin düzələcəyini qeyd edib. Baş məşqçi futbolçulardan Qəbələ səfərində qələbənin təməlinin qoyulmasını istəyib. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43