10 Yanvar 2025
Kateqoriyasız

“Dnepr”i yaxından tanıyaq: “Qarabağ”ın rəqibini durduran tapılmır

Ukraynanın “Dnepr” klubu Avroliqanın qrup mərhələsində “Qarabağ”a rəqib oldu.

İdmanxeber.com-un məlumatına görə, əsası 1925-ci ildə qoyulan “Dnepr”in avrokuboklardakı son uğuru 2006-cı ilə təsadüf edir. Belə ki, “göy-ağlar” “İntertoto Kuboku”nun finalçısı olmuşdu və gümüş medallara sahib çıxmışdı.

Komandanı təcrübəli Myon Markoviç çalışdırır. 

“Dnepr”in daxili arenadakı uğurlarına gəlincə, komanda son mövsümü ikinciliklə qapayıb. Ukranya təmsilçisi Xorvatiya “Hayduk”unu iki oyunun cəmində məğlub edərək qrup mərhələsinə vəsiqə qazanıb. 

Komanda ev oyunlarını Dnipropetrovskidə yerləşən “Dnepr Arena”da keçirir. Stadionun tamaşaçı tutumu isə 31 mindi.

96 yaşlı “Dnepr”in prezidenti isə Uhor Kolomoyskidi.

Hazırda 4 turu geridə qalan Ukrayna çempionatında “Dnepr” bütün matçlarında qələbə qazanıb. Komandanın ən sərrast futbolçusu isə Yevhen Şakovdu – 3 qol.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43