Polşanın “Legiya” klubunun azərkeşləri UEFA-nı təhqir edən pankart açıblar.
İdmanxeber.com-un məlumatına görə, “Legiya” klubunun azərkeşləri Avropa Liqasında “Aktobe” üzərində 2:0 hesabı ilə qalib gəldikləri oyunundan öncə UEFA-nı donuza oxşadan pankart açıb.
Pankartın mərkəzində donuz simvolu, 6<1, “Çünki futbol vacib deyil, pul vacibdir” sözləri yazılıb.
Qeyd edək ki, azarkeşlərin bu etirazına səbəb, ÇL-in 3-cu təsnifat mərhələsində cəzalı futbolçu oynatdığı üçün “Legiya”nın ümumilikdə 6:1 hesabı ilə məğlub etdikləri “Seltik” oyunundan sonra komandanın turnirdən kənarlaşdırılması olub.