Dünəndən saxlanılan "Neftçi" azarkeşlərinin bir neçəsinə həbs cəzası veriləcək.
İdmanxeber.com-a daxil olan məlumata görə, "Forza" azad azarkeş qrupunun fəal üzvlərini 48 saatdan 6 ayadək həbs cəzası gözləyir.
Tutulan azarkeşlərdən 4-ü izahatı alınaraq azadlıqa buraxılıb. Lakin "Forza"nın rəhbərlərindən – Sübhan Əliyev, Aqşin, eləcə də Qədir Qədirov hazırda bölmədədilər.
Əldə etdiyimiz digər məlumata görə, klub rəhbərliyi baş verən hadisə ilə bağlı sadəcə maraqlanıb. İndiyə olan məlumata görə, paytaxt klubundan həbs olunan azarkeşlərlə bağlı hər hansı addım atılmayıb.
Məsələni gündəmdə saxlayırıq və ən son xəbərlərlə sizi tanış edəcəyik…