“Qəbələ” klubunun sabiq baş məşqçisi Toni Adams “The Sun” qəzetinə açıqlamasında İngiltərə yığmasını Azərbaycan millisi ilə müqayisə edib.
İdmanxeber.com-un məlumatına görə, Toni Adams bu fikirləri səsləndirib:
“İngiltərə millisinin heyətinə baxıram və orada nə lider, nə də əsl kapitan görmürəm. Runi hazırda kapitanlıq sarğısına yeganə namizəddir. Əgər belə davam edərsə, tezliklə Azərbaycan millisi bizi qabaqlayacaq”.