31 Dekabr 2024
Kateqoriyasız

“Neftçi”dən uğursuz statistika

“Neftçi” Azərbaycan çempionatları tarixində 11-ci avtoqoluna imza atıb. Topaz Premyer Liqasının IV turunun “Simurq”la oyununda öz qapısına qol vuran braziliyalı Karlos Kardosoyadək paytaxt təmsilçisi 10 dəfə belə halla üzləşmişdi.

İdmanxeber.com-un məlumatına görə, Kardoso Bakı klubunun heyətində bu uğursuzluğu yaşayan 3-cü legionerdir. Onadək Denis Silva və Erik Ramos da çempionat oyununda avtoqol müəllifi olmuşdu. Öz qapısına vurulan 11 topdan 8-i ev oyunlarına, 3-ü səfər matçlarına təsadüf edib.  “Neftçi” avtoqol müəllifliyində 3-cü pillədə qərarlaşıb. Bakılılar yalnız AZAL (13) və “Qarabağ”dan (12) az xətaya yol verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43