10 Yanvar 2025
Kateqoriyasız

“Xəzər Lənkəran” Bakıda hazırlaşır

“İnter”lə ev oyunundan sonra qısamüddətli istirahətə buraxılan “Xəzər Lənkəran” artıq üç gündü məşqlərə davam edir. 

İdmanxeber.com-un məlumatına görə, Rahid Əmirquliyev, Rauf Əliyev və Rasim Ramaldanov Azərbaycan milli komandasının, Ağabala Ramazanov U-21 millisinin, Alfred Sanko isə Syerra-Leone yığmasının heyətində olduğu üçün, Orxan Sadıqlı isə zədəsinə görə düşərgədə yer almır.

Digər futbolçular isə baş məşqçi Oğuz Çətinin rəhbərliyi altında hər gün 2 məşq keçməklə növbəti tura hazırlığı davam etdirirlər.

Əsas komanda ilə məşq edən futbolçuların sırasında əvəzedici heyətində bir nəçə üzvü var. Bunlar Elvin Mirzəyev, Ruslan Cəfərov, İlqar Ələkbərov, Bəhruz Teymurov, Kamran Abdullazadə və Elsevər Bəkirzadədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43