İngiltərənin “Arsenal” klubu həftəsonu qarşılaşacağı “Mançester Siti” ilə oyuna hazırlığı davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, London klubu “şəhərlilər”lə oyun öncəsi zədəlilərindən şad xəbər alıb. Belə ki, “topçular”ın bir müddətdir ki, zədəli olan futbolçuları – Arteta və Podolski, eləcə də yeni transferi olan kolumbiyalı qapıçı David Ospina komandayla birgə məşqlərə başlayıb.
Arsen Venger sözügedən oyunçulardan Mançester təmsilçisi ilə oyunda yararlana biləcək.