“Böyük oyun”da “Neftçi”yə uduzan “Xəzər Lənkəran” rəhbərliyi sərt addımlar atıb.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, Cənub klubunun futbolçularının Bakıda məşq etməsi və paytaxtda daha çox gün keçirmək xahişini qəbul edən rəhbərlik ardıcıl xal itkilərindən sonra sərt addımlar atmağa başlayıb.
Belə ki, rəhbərlik futbolçulara pul cəzası verib. Bundna əlavə komanda matçlara Bakıda deyil, Lənkəranda hazırlaşacaq.