Topaz Premyer Liqasının V turu çərçivəsində keçirilən "Simurq"-"Qəbələ" (1:2) matçının 80-ci dəqiqəsində zədələnərək meydançanı tərk edən Dodonun yaşıl meydanlardan hansı müddətə uzaq qalacağı müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, bu gün müayinədən keçən braziliyalı yalnız iki həftədən sonra məşqlərə start verə biləcək.
Xatırladaq ki, sözügedən matçda dubla imza ataraq "qırmızı-qaralar"a qələbə qazandıran Dodo ikinci qol epizodunda dizindən zədə almış və oyunu sonadək davam etdirə bilməmişdi.