Avropa Liqasının qrup mərhələsində sabah “Sent Etyen”lə qarşılaşacaq olan “Qarabağ” klubunun hücumçusu Reynaldo Silva oyun haqda fikirlərini jurnalistlərlə bölüşüb.
İdmanxeber.com-un məlumatına görə, futbolçu oyundan öncə təşkil olunan mətbuat konfransında bu fikirləri səsləndirib:
“Baş məşqçimizin dediyi kimi, bizim Avropa təcrübəmiz var. Ancaq qrup mərhələsi başqa bir təcrübədir. Futbolçularımızın hər biri üçün ciddi və məsuliyyətli oyun olacaq. Kiminsə fikrini təhlil etmək istəmirəm. Rəqibimizi yaxşı öyrənmişik. Sərfəli nəticə qazanacağımıza inanırıq. Sabah əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Mən də komanda yoldaşlarım kimi qələbə üçün hər şey edəcəm”.