Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq olan “Sent Etyen”in futbolçusu Jeremi Kleman matçdan öncə mətbuat konfransında fikirlərini bildirib:
İdmanxeber.com-un məlumatına görə, futbolçu bu sözləri deyib:
“Əvvəllər “Qarabağ” haqda məlumatım yox idi. Amma matçlarına baxdıqdan sonra anladım ki, çox güclü komandadır. Sabah çox çətin oyun olacaq. Çox şadam ki, “Sent Etyen”dəyəm. Fikrimcə, komandamızda çoxlu təcrübəli oyunçu var. Qələbə üçün əlimizdən gələni etməyə çalışacağıq”.