23 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”ı gözləyən böyük təhlükə

Avroliqanın qrup mərhələsinin ilk oyununda “Sent Etyen”lə matçın ilk hissəsində zədələnən “Qarabağ”ın futbolçusu  Çumbinyonun zədəsinin dizinin yan bağlarında olduğu aşkarlanıb.

Klubun mətbuat xidmətindən İdmanxeber.com-a verilən məlumata görə, futbolçunun zədəsinin nə qədər ciddi olub-olmadığı bu günkü tibbi müayinədən sonra aşkarlanacaq. Problem ciddi olduğu təqdirdə Çumbinyo “İnter” və “Dnepr”lə oynanılacaq avroliqa matçlarını buraxmalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43