“Xəzər Lənkəran” Topaz Premyer Liqasının VII turunda “Qəbələ” ilə qarşılaşacaq. Səfər qarşılaşması rəqiblər arasında milli çempionat çərçivəsində 23-cü duel olacaq.
İdmanxeber.com-un məlumatına görə, keçirilmiş 22 oyunda üstünlük “ağ-yaşıllar”a məxsusdur. Belə ki, görüşlərin yarısından çoxunda – 12 oyunda komanda qalib gəlib. 5 oyunda heç-heçə qeydə alınıb, digər 5 oyun isə “Qəbələ”nin qalibiyyəti iləsona çatıb.
“Qəbələ”nin ev sahibi olduğu qarşılaşmalarda da “Xəzər Lənkəran”ın üstünlüyü var. Cənub komandasının aktivində 5 səfər qələbəsi var; 4 oyunda şimal komandası qalib gəlib, 2 oyun isə bərabərliklə bitib.