AZAL Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “İnter” ilə qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər” şənbə günü keçiriləcək oyuna hazırlığını davam etdirir.
Həftənin əvvəlindən başlayan məşqlər “AZAL Arena”da baş tutur. Məşqçi heyəti futbolçuların həm fiziki, həm də taktiki-texniki hazırlığını yüksəltmək üzərində işləyir. Bu gündən başlayaraq gündə 1 məşq olacaq. Düşərgədə zədəli futbolçunun olmaması baş məşqçi Tərlan Əhmədovu sevindirən məqamlardandı.