Premyer Liqanın VII turunda “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran” sözügedən oyuna hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, gündə iki dəfə hazırlıq keçən “ağ-yaşıllar”ın sonuncu hazırlığını klub prezidenti Mais Mənsimovla yanaşı, vitse-prezident Tuyqun Nadirov və klubun idman direktoru Yunis Hüseynov da izləyiblər.