Brazilya millisi Dünya Çempionatındakı biabırçı məğlubiyyətin əvəzini çıxmaq üçün Almaniya ilə yoldaşlıq görüşü keçirmək istəyir.
İdmanxeber.com-un məlumatına görə, Braziliya Futbol Konfederasiyasının prezidenti Joze Mariya Marin bu fikirləri bildirib:
“Olanları unutmaq üçün Almaniyayla yoldaşlıq görüşü təşkil etmək istəyirik. Keçmişi silmək və yeni səhifə açmaq imkanı yaranacaq.
Əlbəttə ki, Dünya çempionatındakı nəticə bizi məyus etdi. Rio-de-Janeyrodakı Olimpiadada auditoriyamız qarşısında məğlubiyyəti unutdurmaq üçün şansımız olacaq”.