24 Dekabr 2024
Kateqoriyasız

“ASAN xidmət” mərkəzləri arasında peyntbol turniri keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq gənclərin vətənpərvər, mənəvi və sağlam formalaşdırılması sahəsində işlər davam etdirilir. Bu sahədə Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Peyntbol Federasiyası ilə birgə tədbirlər davam etdirlir.  

Peyntbol idman növü gənclərin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. Belə ki, hərbi vətənpərvərliyin artırılması sahəsində peyntbol idman növünün xüsusi yeri var.

3 oktyabr 2014-cü il tarixində “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında Şüvəlan qəsəbəsi ARENA idman klubunda peyntbol turniri keçiriləcək.

Turnirin əsasnaməsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Peyntbol Federasiyası tərəfindən təsdiq edilib. Turnir 16 komanda və hər bir komandanın tərkibində 6 idmançı olmaqla təşkil ediləcək.

Turnirin keçirilməsində məqsəd gənclərin fiziki hazırlığının artırılmasına dəstək, onların  idman naliyyətlərinin, o cümlədən vətənpərvərliyin təbliğ edilməsi, peyntbol idman növünün gənclər arasında təbliği, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda mənəvi və fiziki tərbiyəsi, həmçinin, gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidi.

Turnirdə 1, 2 və 3 –cü yerləri qazanacaq komandalara  və  digər iştirakçılara müvafiq olaraq qiymətli hədiyyələr, diplomlar, xatirə medalları təqdim olunacaq.

İdmançıların mükafatlandırlması mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Peyntbol Federasiyasının rəhbərliyi iştirak edəcək.

Peyntbol Federasiyasının Mətbuat xidməti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43