Kriştiano Ronaldo La Liqa tarixininin daha bir rekordunu təkrarlayıb.
İdmanxeber.com-un məlumatına görə, son olaraq 5-ci turda fərqlənən Ronaldo cari mövsümdə ölkə çempionatında vurduğu qolların sayını 10-a yüksəldib. Bununla da o, 1953-cü ildə Ladislav Kubala və 1954-cü ildə Manuel Fernandesin uğurunu 60 ildən sonra 5 oyuna 10 qol vurmağla təkrarlayıb.